Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Azərbaycanda yeni səfirlik açılır

Bu ölkə Azərbaycanda səfirlik açır


Oman Sultanlığı Azərbaycanın paytaxtı Bakı şəhərində sərflik açmağa hazırlaşır.

Yenixeber.org: BunuOmanın Azərbaycan və Türkiyə üzrə qeyri-rezident səfiri Saif Raşid əl-Cavari Ankarada Omanın Milli Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.

Səfir bildirib ki, Azərbaycan və Oman müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir:

"Münasibətlərimiz beynəlxalq təşkilatlar çərçivəsində bütün sahələrdə yüksək səviyyədə inkişaf edir".

Səfir iki ölkə arasındakı münasibətlərin də inkişaf etdiyinə diqqət çəkib:

"Bu yaxınlarda Azərbaycanın Omana yeni səfir təyin etməsi də siyasi əlaqələrin inkişafının göstəricisidir".

Qeyd edək ki, ötən ayın sonlarında Azərbaycanın Omandakı Səfirliyinin inzibati binasının rəsmi açılış mərasimi keçirilib. Mərasim Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Oman Sultanlığına rəsmi səfəri çərçivəsində baş tutub.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam