Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... -Bir araşdıran olsa...
Qax rayonu Qum bələdiyyəsinin üzvləri ilə bağlı çoxlu şikayətlər əldə etmişik. Onlardan növbətisini diqqətinizə təqdim edirik. Beləliklə...
Yenixeberorg.com: Daxil olan məlumatda deyilir:
"Şəkildə gördüyünüz şəxs keçmiş Qum bələdiyyəsinin sədri, indiki Qum bələdiyyəsində nə işlə məşğul olduğu bilinməyən üzvü Qurbanov Sərxan Hacıqurban oğludur. Keçən 5 illikdə bu şəxs bələdiyyə üzvü idi. Həmin dövrdə bu şəxs fəhləlik edirmiş. Bələdiyyə sədri ölən vaxtı bu şəxs atası ilə düşür əl-ayağa. Birdən necə olursa, əvvəlki gün məktəbin söküntüsündən dəmir qırıqları yığıb satan şəxs sabahısı gün olur Qum bələdiyyəsinin sədri.
Bu şəxsin ali təhsili yoxdur, belə götürəndə heç savadı da yoxdur. Eyni zamanda heç bir idarəçilik bacarığı da... Amma...
Bu bələdiyyə sədri təyin olunandan sonra başladı bələdiyyə imkanlarından geninə- boluna istifadə etməyə. Bunların bəzilərini aşağıda sıralayırıq:
1. Bələdiyyə balansında olan əkin sahələrini bəzi şəxslərə peşkəş çəkdi. Təbii ki, bunu elə-belə etməyib. Məsələn, Fıstıqlı kəndində olan bələdiyyə balansındakı 3 ha və 15 ha əkin sahəsi və örüş əraziləri.
2. Ağyazı ərazisində Qum bələdiyyəsinin balansında olan 300-350 ha keçmiş örüş sahələri əkilir. Ancaq, bu əkindən bələdiyyə büdcəsinə heç bir vəsait daxil olmur.
3. Çınarlı kəndinin girişində dostu Seylan üçün obyekt yeri verir.
4. Kürəkəni üçün başqasının əmlak payını yarı kəsərək ferma tikilməsi üçün yer verir. Eyni zamanda bələdiyyənin balansında olan gər bağını yeznəsinin qoyunlarının sərəncamına verir.
5. Yaxşı ev-eşik, həyat-baca, tövlə tikdirir. Bələdiyyə sədri olana qədər bu şeylər yox idi.
6. Təzəlikcə Çınarlı körpüsünün yanında "Əsli abay" isyirahət mərkəzi ilə çayın arasındakı ərazini mənimsəyərək obyekt açmaq üçün çalışır.
7. Atası Qum ərazi icra nümayəndəsi işləyərkən necə olubsa, çay yatağındakı "Azercell" "vışkası" ərazisi atasına satılır və oradan gələn illik gəlir atası Hacıqurbana çatır. Halbuki, bu gəlir bələdiyyə büdcəsinə çatmalı idi..."
Hər halda bu faktları gərəkən qurumlar araşdırsa, daha böyük qanun pozuntusunun izinə düşülə bilər...("DİA-AZ)










AZ
RU