Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

ABŞ Ermənistanda da daxil olmaqla, bəzi ölkələrdə xarici yardım layihələrini maliyyələşdirməkdən imtina edib

ABŞ Ermənistanda da daxil olmaqla, bəzi ölkələrdə xarici yardım layihələrini maliyyələşdirməkdən imtina edib
ABŞ Dövlət Departamenti Ermənistanda da daxil olmaqla, müxtəlif ölkələrdə həyata keçirilən xarici yardım layihələrinə ayrılmış ümumilikdə 215 milyon dollar dəyərində maliyyəni ləğv edib.

Yenixeber.org: Bu barədə ABŞ Hökümətinin Səmərəliliyi Departamenti (DOGE) məlumat yayıb.

"Bəzi xarici yardım proqramlarının məqsədəuyğunluğu Dövlət Departamenti tərəfindən yenidən nəzərdən keçirilir. Dövlət katibi Rübio bu gün dəyəri 215 milyon dollar olan 139 faydasız qrantın ləğv olunduğunu elan edib", - qurumun "X" hesabındakı paylaşımında bildirilir.

Məlumata görə, ləğv olunan qrantlar sırasında Dövlət Departamentinin Ermənistanda, Bolqarıstanda, Braziliyada, Böyük Britaniyada, Qırğızıstanda, Liviyada, Mavritaniyada, Moldovada, Tunisdə, Özbəkistanda və Şri-Lankada həyata keçirdiyi müxtəlif proqramlar yer alır.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam