Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Ərdoğan İspaniyaya gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 12-də İspaniyaya səfəri gözlənilir.

Yenixeber.org xəbər verir ki, iki gün davam edəcək səfər çərçivəsində Prezident Ərdoğanın VIII Türkiyə-İspaniya Hökumətlərarası Zirvə toplantısında və İspaniya-Türkiyə biznes forumunda iştirakı nəzərdə tutulur.

İspaniyanın Baş naziri Pedro Sançesin də iştirak edəcəyi və paytaxt Madriddə keçiriləcək forumun məqsədi ticarət, yaşıl transformasiya, enerji, infrastruktur və nəqliyyat sahələrində əməkdaşlığı artırmaqdır.

Qeyd edək ki, ötən il Türkiyə ilə İspaniya arasında qarşılıqlı ticarətin həcmi təxminən 19,2 milyard ABŞ dollarına çatıb. Türkiyədən İspaniyaya ixracatın həcmi 9,3 milyard dollar təşkil edib ki, bu da bütün dövrlərin ən yüksək göstəricisidir. İki ölkə arasında ticarətin əsasını avtomobil sektoru, geyim, kimyəvi maddələr, elektronika kimi sahələr təşkil edir.

Statistik rəqəmlərə əsasən, ötən il 775-dən çox ispan firması Türkiyədə fəaliyyət göstərib. Türk ilə ispan şirkətləri arasında əməkdaşlıq daha çox rəqəmsallaşma və yaşıl transformasiya sahələrini əhatə edir. Son səkkiz il ərzində ispan şirkətlərinin Türkiyəyə yatırdıqları sərmayə 10,5 milyard dollara çatıb. Hazırda səhiyyə və turizm sahələrində inkişaf ikitərəfli münasibətlərin gündəmində yer alır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam