Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Gülən Türkiyəyə təhvil verilib? -YENİ FOTOSU

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl FETÖ terror təşkilatının 83 yaşlı lideri Fətullah Gülənin ABŞ-nin Pensilvaniya ştatında yaşadığı malikanədən qaçırıldığı barədə məlumatlar yayılıb.

Yenixeber.org xəbər verir ki, FETÖ-nün taleyi naməlum qalarkən, keçmiş Oda TV yazarı Müyesser Yıldız Gülənin Türkiyəyə təhvil verildiyini iddia edib.

“Pensilvaniyadakı malikanəsi boşaldılaraq oradan götürülən Fətullah Gülənin sağlamlıq vəziyyəti günlərdir müzakirə olunur. “Ölür, ölür”, - deyilir. Gündəmə gələn son iddia isə ABŞ-nin Güləni Türkiyənin Milli Kəşfiyyat Təşkilatına (MİT) təhvil verdiyi, təyyarəsinin Türkiyəyə doğru uçduğu və bu məlumatların hələlik gizli saxlanıldığıdır”, - Yıldız öz yazısında qeyd edib.

Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlı iddialar Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsində də gündəmə gətirilib.

Komitə sədri Fuat Oktay bu barədə heç bir məlumatının olmadığını bildirib.

Türkiyə Xarici işlər nazirinin müavini Mehmet Kamal Bozay da bu barədə məlumatsız olduqlarını qeyd edib.

Bütün bu kimi müzakirələr fonunda ötən gün FETÖ liderinin yaxın ətrafı tərəfindən idarə olunan “Herkul” sosial media hesabında Fətullah Gülənin yeni fotosu paylaşılıb.

Fətullah Gülənin hazırda harada olması ilə bağlı müzakirələr davam edərkən sözügedən fotonun paylaşılması yenidən müzakirələrə səbəb olub.(“Qafqazinfo” )


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam