Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Bu rayonlara dolu düşüb -SİYAHI

Azərbaycanın bəzi rayonlarına dolu düşüb

Milli Hidrometeorologiya Xidmətinin iyunun 2-si saat 11:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Yenixeber.org: Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Şamaxı, Zaqatala rayonlarının bəzi yerlərində dolu düşub.

Qusar, Zaqatala (Əlibəy) , Gədəbəy, Beyləqan, Qrız, Daşkəsən, Quba, Ağdam, Qax, İmişli, Xınalıq, Şahdağ, Şəki, Göygöl, Şamaxı, Qəbələ, Naftalan, Sabirabad, İsmayıllı, Qobustan, Oğuz, Balakən, Xaltan, Göyçay, Gəncə, Tərtər, Mingəçevir, Altıağac, Ağsu, Kürdəmir, Yevlax, Naftalan, Şəmkir, Naxçıvan, Bakıda və Abşeron yarımadasında şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb.

Narıncı və sarı xəbərdarlığa uyğun olaraq ölkə ərazisinin bəzi ərazilərində şimal-qərb küləyi əsib, Bakıda və Abşeron yarımadasında küləyin sürəti narıncı xəbərdarlığa uyğun olaraq 28 m/s, Naftalanda 24 m/s, Goranboyda 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Neftçalada 20 m/s, Culfa, Mingəçevir, İsmayıllıda 18 m/s, Göygöldə 17 m/s, Gəncədə isə 16 m/s əsib.

Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti iyunun 2-si axşamadək davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam