Keşiş bütün erməniləri axşam mitinqinə çağırdı
İş günü başa çatandan sonra da Ermənistan hökumətinin binası yanında qalmağa davam edəcəyəm və hamını mənə qoşulmağa çağırıram.
Yenixeber.org xəbər verir ki, bunu “Vətən naminə” hərəkatın lideri, keşiş Baqrat Qalstanyan deyib.
“İşini saat 18:00-da bitirənlər gəlsinlər, bizə qoşulsunlar ki, biz daha çox olaq”, - deyə Qalstanyan əhalini mitinqə çağırıb.
Arxiyepiskopun sözlərinə görə, onlar Ermənistan baş nazirinin Hökumət binasından çıxmasına mane olurlar. Etirazçılar onunla görüşməyi tələb edirlər.










AZ
RU