Hikmət Hacıyev Cahit Bağcı ilə görüşdü -FOTO
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə görüşüb.
Yenixeber.org: Bu barədə türkiyəli diplomat "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
“Hikmət Hacıyevlə görüş həmişə olduğu kimi, səmimi şəraitdə keçdi. Qardaş Azərbaycanla müttəfiqlik əlaqələri və regiondakı vəziyyəti müzakirə etdik”, - paylaşımda qeyd edilib.










AZ
RU
