Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Səfir: Azərbaycanla dostluq əlaqələrini genişləndirmək Gürcüstan üçün prioritet təşkil edir

 

"Azərbaycanla bütün sahələrdə mövcud uğurlu əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar və potensial mövcuddur".

Yenixeber.org-un məlumatına görə, bunu Gürcüstanın Müstəqillik günü münasibətilə keçirilən tədbirdə jurnalistlərə açıqlasında Azərbaycandakı fövqəladə və səlahiyyətli səfir Zurab Pataradze bildirib.

O ölkələrimizin bütün sahələrdəki səmərəli əməkdaşlığından danışıb:

"Bu gün Gürcüstanın müstəqillik günü Azərbaycanda təntənəli şəkildə qeyd olunur. Mən bu münasibətlə öz həmvətənlərimi təbrik edirəm. 28 may Azərbaycanın müstəqilliyi günü Tbilisidə də eyni əzəmətlə qeyd olunacaq. Azərbaycanla Gürcüstan arasında dərin dostluq və tərəfdaşlıq əlaqələri mövcuddur. Mən Azərbaycan xalqına uğurlar arzulayıram. Sizin ölkənizlə bütün sahələrdə uğurlu əməkdaşlığımız var. Bugünkü tədbirdə Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanları qanunvericilik hakimiyyətini təmsil edən qonaqlar iştirak etməsindən məmnunluğumu ifadə etmək istəyirəm".

Səfir bildirib ki, Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrini genişləndirmək ölkəsi üçün prioritet təşkil edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam