Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Ələkbər Məmmədov: "Bu il işğaldan azad edilmiş ərazilərdə 70 obyekt istifadəyə veriləcək"

 

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təbii resursların iqtisadi aktivliyə cəlb edilməsi prosesi gedir.

Yenixeber.org xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Qarabağ Ərazı Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov deyib.

Onun sözlərinə görə, Ağdam rayonunda yerləşən Şahbulaq daş karxanasının istifadəyə verilməsi ilə 227 nəfər işlə təmin edilib: "Bu yaxşı bir göstəricidir, nəzərə alsaq ki, həmin müəssisə hələ tam gücü ilə işləmir. Bu proses davam edir".

Ə. Məmmədov bildirib ki, eyni zamanda həm Kəlbəcərdə, həm də Laçında 5 kiçik su elektrik stansiyanın bərpası davam etdirilir və yaxın vaxtlarda istismara veriləcək. Bu addımlar bölgədə iqtisadi aktivliyə öz töhfəsini verir, Baş İdarənin rəisi əlavə edib.

"Qeyd etmək istərdim ki, Xankəndi şəhəri, Xocavən, Xocalı və Ağdərə rayonlarında təsərüffat subyektlərinin, yəni obyektlərin bərpası və onların yenidən dövriyyəyə qaytarılması prosesi gedir. Hazırda bu istiqamətdə 25 təsərrüfat subyekti artıq fəaliyyət göstərir ki, burda da 252 nəfər işlə təmin edilib. Bunun da, 50 %-dən çoxu məcburi köçkündür. Bu il ərzində daha 45 təsərrüfat subyekti fəaliyyətə başlayacaq.

Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə 70 obyektin istifadəyə verilməsi nəticəsində 1 009 nəfər işlə təmin ediləcək. Bu ərazilərdə, əsasən məskunlaşma gedən yerlərdə bütün sahələrdə iqtisadi aktivliyin artırılması əsas hədəfdir", - Ə. Məmmədov vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam