Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Leysan yağacaq, külək əsəcək, çaylardan sel keçəcək -XƏBƏRDARLIQ

 

Bakıda və Abşeron yarımadasında mayın 24-ü axşamdan 26-sı axşamadək fasilələrlə yağış yağacağı gözlənilir.

Yenixeber.org: Bu barədə Milli Hidrometeorologiya Xidməti verilən məlumat yayıb

Axşam yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var.

Mayın 25-i günün birinci yarısında şimal küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında mayın 24-ü gündüzdən 27-dək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Mayın 25-dən 26-sı gündüzədək şərq küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam