Berbok Almaniya MN-nin Ukraynaya yardımı artırmaq çağırışını dəstəkləyib
Almaniyanın xarici işlər naziri Annalena Berbok Almaniya Müdafiə Nazirliyinin cari maliyyə ilində Ukraynaya yardımı 3,8 milyard avro artırmaq çağırışını dəstəkləyib.
Yenixeber.org: Bu barədə Qərbi Avropa ölkəsinin baş diplomatı “Bild” qəzetinə
söyləyib.“Mən bu məsələdə müdafiə naziri ilə tamamilə razıyam və təkcə onunla deyil, həm də daxili işlər naziri ilə razıyam”, – Berbok müvafiq suala cavabında bildirib.
“Bizə təhlükəsizlik üçün büdcə lazımdır”, – o vurğulayıb. Nazir öz mövqeyini Avropada təhlükəsizlik vəziyyətinin dəyişməsi ilə əsaslandırıb.
“Belə bir müstəsna vəziyyətdə, fikrimcə, istisna büdcədə müvafiq olaraq öz əksini tapmalıdır”, – XİN başçısı qeyd edib. Bu, onun fikrincə, “xeyli pul” tələb edir.
Xatırladaq ki, ötən gün Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynada səfərdə olub.










AZ
RU