Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edildi -SƏBƏB

Moskvanın Basmannı məhkəməsi Rusiya müdafiə nazirinin eks müavini Timur İvanovun tabeliyində olmuş Anton Filatov barəsində həbs qətimkan tədbiri seçib.

Yenixeber.org: Bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Anton Filatov xüsusilə böyük miqyasda mənimsəmədə şübhəli bilinir.

Qeyd edək ki, 2016-cı ildən 2019-cu ilə qədər olan dövr üçün açıqlanan bəyannamələr rüşvətxorluqda ittiham olunan müdafiə nazirinin müavini Timur İvanovun sərvətini üzə çıxarıb.

Bu müddət ərzində o, həyat yoldaşı ilə 1,5 min kvadratmetrdən çox sahəsi olan bir ev, nadir bir limuzin və bir neçə bahalı avtomobil əldə edib. İndi İvanov külli miqdarda rüşvət almaqda ittiham olunur.

Moskva məhkəməsinin qərarı ilə Rusiyada keçmiş müdafiə nazirinin müavini, ordu generalı Timur İvanov və onun qohumlarının aktivləri, bank hesabları və daşınmaz əmlaklarının üzərinə həbs qoyulub.

Qeyd edək ki, Moskvanın Basmannı məhkəməsi istintaqın tələbi ilə Rusiya müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qərarı çıxarıb.

Artıq Rusiyanın müdafiə naziri Sergey Şoyqu Timur İvanovu nazir müavini vəzifəsindən uzaqlaşdırıb. Timur İvanovun 1 milyard rubldan çox məbləğdə rüşvət aldığı bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam