Azərbaycanın tanınmış alimi vəfat etdi
Yenixeber.org: Azərbaycanın tanınmış riyaziyyatçı alimi, AMEA Riyaziyyat ve Mexanika Institutunun "Diferensial tənliklər" şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Əkbər Bayram oğlu Əliyev uzun sürən xəstəlikdən sonra aprelin 21-də vəfat edib. Ailə üzvlərinin verdiyi məlumata görə alim uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkirmiş.
Mərhum alimlə vida mərasimi bu gün saat 14:00-dək Məhəmməd Hadi küç., 63a ünvanında keçiriləcək. Vida mərasimindən sonra mərhum Dədə Qorqud qəbiristanlığında dəfn olunacaq.
Allah rəhmət eləsin.










AZ
RU
