Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

Rəqsanənin mülklərinə həbs qoyulub -Külli miqdarda borcu var

Hazırda Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılovanın Azərbaycandakı mülklərinə həbs qoyulub. 

Yenixeber.org: Belə ki, müğənninin külli miqdarda borcu var. Həmin borcla bağlı qərar qəbul olunsa da, R. İsmayılova qərarı icra etməyib.

Bu səbəbdən icra məmuru tərəfindən Nəsimi Rayon Məhkəməsinə müraciət edilib. Məhkəmənin qərarı ilə Rəqsanə İsmayılovanın Goranboy rayonunda və digər yerlərdə yerləşən 100 sotdan artıq torpağına və onun üzərindəki əmlaka həbs qoyulub.

R. İsmayılova qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. İşə hakim Elşən Kazımovun sədrliyi ilə baxılacaq.

Məsələ ilə bağlı R. İsmayılova açıqlamasında xəbəri əvvəlcə təkzib etsə də, sonradan təsdiqləyib. Müğənni bu barədə geniş danışmaq istəmədiyini bildirib: “Köhnə söhbətdir və məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişik”.(Qaynarinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam