Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər -KİV + FOTO

 

Çeçenistan rəhbəri Ramzan Kadırovun Rusiyanın yeni daxili işlər naziri ola biləcəyi iddia edilir.

Yenixeber.org: Bildirilir ki, Vladimir Putinin yenidən prezident seçilməsindən sonra ölkənin Nazirlər Kabinetində ənənəvi kadr yenilənməsi gözlənilir.

Hazırda ölkədə hansı nazirin öz vəzifəsində qalacağı, hansı nazirin isə istefaya göndəriləcəyi məsələsi əsas müzakirə mövzularından biridir. 

Portal yazır ki, müzakirə olunan nazirlər arasında ölkənin hazırkı daxili işlər naziri Vladimir Kolokoltsev də var və martda “Crocus City Hall”da baş verən terror aktından sonra onun nüfuzu bir qədər sarsılıb. 

Ekspertlər tərəfindən hazırda Kolokoltsevi vəzifəsində əvəz edə biləcək əsas 3 namizədin adı hallanır ki, onlar arasında Ramzan Kadırov da var. 

Digər iki namizəd isə 2012-ci ildən hazırkı nazirin müavini Arkadiy Qostev və Rusiya prezidentinin köməkçisi, Yaroslavl vilayətinin keçmiş rəhbəri Dmitri Mironovdur. 

Bununla belə portal vurğulayıb ki, sözügedən məsələ bilavasitə olaraq ölkənin dövlət başçısının səlahiyyətində olduğundan, ekspertlər rəsmi olaraq namizədlərlə bağlı proqnoz vermirlər.(WellNews)

Fotoda Vladimir Kolokoltsev

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam