Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

KTMT-nin Baş katibi: Ermənistan təşkilatda fəaliyyət dairəsini xeyli azaldıb

 

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü kimi fəaliyyət dairəsini xeyli azaldıb.

Yenixeber.org-un məlumatına görə, bunu KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov “NEWS.ru” saytına müsahibəsində deyib.

“Ermənistanın KTMT-yə üzvlüyü ilə bağlı “dondurulma” anlayışı təşkilatın sənədlərində öz əksini tapmayıb, ona görə də mövcud vəziyyətlə bağlı bundan istifadə etməyəcəyik. İrəvan həqiqətən də təşkilatın üzvü kimi fəaliyyət dairəsini əhəmiyyətli dərəcədə azaldıb, lakin buna baxmayaraq, üzvlüyünü davam etdirir. Katibliyin gündəliyinə daxil olan bütün məsələlər işçi qaydada müzakirə olunur. Bu məsələyə aydınlıq gətirilməsi, ilk növbədə, düzgün planlaşdırma üçün təşkilatın bütün iştirakçıları üçün faydalı olardı”, - o bildirib.

İ.Tasmaqambetov qeyd edib ki, analitiklər Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək meylini qeyd edirlər: “Aydındır ki, belə risklər mövcuddur. Ona görə də region ölkələrinin siyasi rəhbərliyinin üzərinə, ilk növbədə, öz xalqları qarşısında böyük məsuliyyət düşür. KTMT Katibliyi də öz növbəsində dəfələrlə bildirildiyi kimi, təşkilatın məqsədlərinə, imzalanmış sənədlərə və səsləndirdiyi təşəbbüslərə uyğun olaraq regionda təhlükəsizliyin təmin edilməsi üçün problemləri həll etməyə həmişə hazırdır”.("Report")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam