Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

Palma yarpaqları ilə yazdıqları bu ifadə ilə xilas oldular

 

Günlərlə Sakit Okeanda yerləşən adalardan birində qalan üç dənizçi palma yarpaqları ilə kömək istəyərək xilas olublar.

Yenixeber.org: Bildirilib ki, Mikroneziyanın bir hissəsi olan Pikelot adası yaxınlığında üç nəfər balıq tutmaq üçün səyahətə çıxıb.

İri dalğa onların gəmilərinin mühərriyini zədələyib. Nəticədə gəmi kimsəsiz adaya yaxınlaşıb.

Adada dənizçilərin ratsiyası işləməyib. Onlar kömək çağıra bilməyiblər.

Sakit okeanın ucqar atollunda bir həftədən çox qapalı qalan üç balıqçı nəhəng palma yarpaqlarından istifadə edərək qumda “HELP” (Kömək) sözünü yazdıqdan sonra xilas edilib.

ABŞ Sahil Mühafizəsinin üzvü Oliver Henrinin ekipajı, mesajı havadan gördükdən sonra 40 yaşlarında olan kişiləri adadan təhlükəsiz yerə aparıb.

Kişilərin səhhətinin yaxşı olduğu və onların adada qaldıqları günlərdə şirin su quyusundan maye qəbul etdikləri və kokosla qidalandıqları qeyd olunub.(The Guardian)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam