Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

Bakıda məşhur tikinti şirkətinin bina inşası zamanı ağacları məhv etdiyi aşkarlanıb -TƏFƏRRÜAT

Ekologiya və Təbii Sərvətlər Nazirliyi çoxmərtəbəli binaların inşası ilə məşğul olan "ELİPS-R LTD" şirkəti tərəfindən ağacların məhv edildiyini aşkarlayıb.

Yenixeber.org-un məlumatina görə, nazirlik buna görə də tikinti şirkətinə İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib və Anar İbadzadə iş üzrə hakim təyin edilib.

Əgər hakim iddianı təmin edərsə, "ELİPS-R LTD" inşaat şirkəti 35 000 manat məbləğində cərimələnəcək.

Şirkətin barəsində cərimə protokolu tərtib olunan maddədə deyilir ki, şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir.

Qeyd edək ki, "ELİPS-R LTD" inşaat şirkəti 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Cəfərova Bikəxanım Əyyub qızı göstərilsə də, mətbuatda onun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəhbəri Arif Qaraşova məxsus olması barədə iddialar yayılıb.(İqtisadiyyat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam