Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

Beş rayonun qazı -KƏSİLƏCƏK SİYAHI

 

Qaz infrastrukturunda aparılacaq işlər səbəbindən bu gün bir sıra rayonda qaz təchizatının dayandırılması planlaşdırılır.

Yenixeber.org xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

İsmayıllı rayonunda orta təzyiqli yeraltı qaz xətlərində və Qaz Paylayıcı Stansiyalarda, Ağdaş şəhərinin V.Hacıyev, M.Füzuli və İstiqlal küçələrində "Təmiz Qaz" QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi, Ağdaş rayonunun Aşağı Qəsil və Aralbir kəndlərində yeni çəkilmiş qaz xəttinin üzərinə sayğacların köçürülməsi, Şəki rayonunun Kiş kəndində qaz xəttinin yerinin dəyişdirilməsi, Saatlı rayonunun Qazanbatan, Əbilkənd, Genişkənd kəndlərində, Bərdə şəhərinin N.Nərimanov, C.Məmmədquluzadə küçələrində təmir-quraşdırma işlərinin görülməsi məqsədilə 03.04.2024-cü il saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

Məlumata görə, təmir işləri aparılan müddətdə İsmayıllı rayonunun, Şəki rayonunun Kiş kəndinin, Ağdaş rayonunun Aşağı Qəsil və Aralbir kəndlərinin və rayon mərkəzinin V.Hacıyev, M.Füzuli və İstiqlal küçələrinin, Saatlı rayonunun Qazanbatan, Əbilkənd və Genişkənd kəndlərinin və Bərdə şəhərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam