“Crocus City Hall” terrorundan YENİ XƏBƏR:ölənlərdən 134 nəfərin kimliyi bəlli oldu

“Crocus City Hall” konsert zalında baş vermiş terror aktında ölənlərdən 134 nəfərin kimliyi müəyyənləşib.
Yenixeber.org: Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, digər kimliyi məlum olmayan qurbanlar üzərində də araşdırma aparılır.
Xatırladaq ki, martın 22-si baş verən terror aktı zamanı 144 nəfər həlak olub. Son məlumata görə, yaralananların sayı isə 551 nəfərdir.










AZ
RU