Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən narahatdır -RƏSMİ AÇIQLAMA

Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən narahatdır

      Ermənistan, Avropa İttifaqı və ABŞ arasında yüksək səviyyəli görüş Rusiyada narahatlıq doğurur.

Yenixeber.org: Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O, aprelin 5-də gözlənilən Ermənistan-Aİ-ABŞ görüşü ilə bağlı Teleqram səhifəsində paylaşım edib.

O bildirib ki, bu cür tədbirlər Rusiyada narahatlıq doğurur: “Çünki ABŞ və Aİ nümayəndələri tərəfdaşlarımıza birbaşa deyirlər ki, onların əsas istiqaməti yalnız Rusiyaya qarşı olmaqdır. Bu cür görüşlər regionun əksər ölkələrində narahatlıq doğurur, çünki onlar Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə deyil, Qərbi özünün son dərəcə dağıdıcı yanaşmaları ilə Cənubi Qafqaza daha da yerləşməsinə, orada yeni ayırıcı xətləri yaratmaq, ölkələri anti-Rusiya gündəminə riayət etməyə məcbur etməyə, Moskva ilə çoxəsrlik əlaqələrini pozmağa, fəaliyyətdə olan regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərini yerindən oynatmağa yönəlib. Rəsmi İrəvanın söhbətin nədən getdiyini anlamaması böyük sualdır. Axı Ermənistanı bütün dünyanın gözü qarşısında kollektiv Qərbin fövqəladə dərəcədə təhlükəli planlarının reallaşması üçün alətə çevirirlər, hansı ki, bu, erməni xalqının köklü maraqları ilə tamamilə ziddiyyət təşkil edir”.(Apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam