Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

Ermənistan parlamentində qapalı toplantı -Nələr müzakirə edilir...

 

Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasında qapalı iclas keçirilir.

Yenixeber.org xəbər verir ki, Ermənistanın güc strukturlarının rəhbərləri də iclasda iştirak edir.

Görüşə müdafiə naziri Suren Papikyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan, Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan və daxili işlər naziri Vahe Qazaryan qatılıb.

Sessiya açıq başlasa da, müdafiə naziri Papikyan məlumatların tam məxfi olduğunu bildirib və sessiyanın qapalı rejimdə davam etdirilməsini istəyib.

Parlamntin müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Andranik Köçəryan jurnalistləri anlayışla yanaşmağa və zalı tərk etməyə çağırıb.

Papikyanın çıxışından əvvəl deputatların və təhlükəsizlik qüvvələrinin nümayəndələrinin telefonları dinlənmənin qarşısının alınması məqsədilə yığılaraq xüsusi seyfdə gizlədilib.

Qapalı iclas başlamazdan əvvəl Papikyan qısa giriş nitqi ilə çıxış edərək bildirib ki, 2023-cü ildə Müdafiə Nazirliyinin beş proqramı üzrə dövlət büdcəsindən 526,47 milyard dram (1,3 milyard dollar ABŞ dolları) ayrılıb, büdcədən maliyyələşmənin icrası 99,8 faiz təşkil edib.(Modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam