İsrail yeni əməliyyata başladı

İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidməti terror infrastrukturunu məhv etmək üçün Xan Yunisin qərbində əməliyyata başlayıb.
Yenixeber.org: Bu barədə İsrail ordusu məlumat yayıb.
“Əməliyyat hava qüvvələrinin hərbi postlar, yeraltı tunellər və digər terror infrastrukturu da daxil olmaqla, təxminən 40 silahlı hədəfə bir sıra zərbələr endirməsi ilə başlayıb”, - məlumatda qeyd olunub.
Bildirilib ki, İsrail hərbçiləri rayonu mühasirəyə alıb və yaxın döyüşlərlə terrorçuların zərərsizləşdirilməsini davam etdirir.










AZ
RU