Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

Məişətdə yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə -Müraciət

 

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.

Yenixeber.org xəbər verir ki, bu çərçivədə Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış təhlillərə görə, yaşayış sektorunda yanğınların böyük hissəsi məişət cihazlarından düzgün istifadə edilməməsi səbəbindən baş verir.

Qeyd olunanlarla bağlı FHN əhaliyə müraciət edərək aşağıdakı təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirir:

- qeyri-standart, nasaz elektrik və qaz qızdırıcılarından istifadə etməyin;

- işlək qaz və elektrik cihazlarını nəzarətsiz qoymayın;

 - elektrik və qaz cihazlarından istifadəni uşaqlara qadağan edin;

- elektrik və qaz cihazlarını yanar əşyalardan uzaq yerləşdirin;

- elektrik uzadıcısı və ya yuvasına çox sayda elektrik cihazını eyni anda qoşmayın;

- evi tərk edərkən qaz cihazlarını söndürün, elektrik avadanlıqlarını şəbəkədən ayırın! 
 

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin!


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam