Rusiya öz gəmisini vurdu - Ölən və yaralananlar var

Rusiyaya məxsus “Kapitan Lobanov” trol gəmisi təlim zamanı Rusiya Hərbi Dəniz Qüvvələrinin raketi ilə vurulub.
Yenixeber.org: Bu barədə Rusiyanın müxalif “Dojd” telekanalı məlumat yayıb.
Bildirilib ki, vurulduqdan sonra “Kapitan Lobanov” Kalininqrad vilayətində Pionerskoye yaxınlığında batıb.
“Dojd” ekipaj üzvünün qohumuna istinadən xəbər verib ki, martın 19-da raketin gəmiyə dəyməsi nəticəsində 3 ekipaj üzvü həlak olub, 4-ü yaralanıb.
Qeyd edək ki, Rusiya Federasiyasının Kalininqrad vilayətinin administrasiyası gəminin göyərtəsində yanğının baş verdiyini və hadisə nəticəsində bir nəfərin öldüyünü, 4 nəfərin yaralandığını bildirib.










AZ
RU