Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Kamil Zeynallı haqqında həbs qətimkan tədbiri seçilibmiş -Ermənistan DİN

 

“Ermənistan Daxili İşlər Nazirliyi Ermənistan tərəfindən beynəlxalq axtarışa verilmiş azərbaycanlı Kamil Zeynallı ilə bağlı Rusiyadan rəsmi məktub alıb. Daxili İşlər Nazirliyi Zeynallının Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini təsdiqləyib. Mühafizəli həbs tədbiri olmalıdır”.

Yenxeber.org xəbər verir ki, bunu Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan deyib.

O qeyd edib ki, fevralın 21-də günortadan sonra Rusiya Federasiyasından axtarışda olan şəxsin tapılması barədə rəsmi məktub daxil olub. Məktubda axtarış faktının təsdiqlənməsi xahiş olunurdu. Bölmə dərhal həmin şəxsin beynəlxalq axtarışda olduğunu təsdiqləyib və bildirilib ki, onun barəsində həbs-qətimkan tədbiri seçilməlidir. Axtarışda olan şəxsin sərbəst buraxılması barədə məlumatın olmasına baxmayaraq, Ermənistan Daxili İşlər Nazirliyi ekstradisiya protokolunda nəzərdə tutulmuş sənədlər paketi hazırlayıb. Paket Rusiya hüquq-mühafizə orqanlarına təhvil verilməsi və aparılması üçün Ermənistan Baş Prokurorluğuna veriləcək”.

Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan Armenpress-ə bildirib ki, Zeynallı qətldə ittiham olunaraq beynəlxalq axtarışa verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam