Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Paşinyan Blinkenə sərhəd insidentindən nələr dedi?

 

Xəbər verdiyimiz kimi, bu gün Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ Dövlət katibi Entoni Blinkenlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Yenixeber.org erməni mediasına istinadla xəbər verir ki, Nikol Paşinyanın Blinkenə sərhəd insidenti haqda danışmaq istədiyini deyib.

“Sizi görmək çox xoşdur. Biz ikitərəfli münasibətlərimizdə mövcud olan dinamikanı yüksək qiymətləndiririk. Hesab edirəm ki, çox səmərəli tərəfdaşlıq qurmuşuq və 2019-cu ildə strateji dialoqa başlamışıq. Bu il də vacibdir, biz amerikalı tərəfdaşlarımızla kifayət qədər geniş gündəliyə malik görüşü gözləyirik. Bu dialoqumuzu daha səmərəli etmək üçün müxtəlif məsələləri müzakirə etmək üçün çox yaxşı fürsət olacaq. Təbii ki, bizim gündəliyimiz üçün regional məsələlər çox önəmlidir. Təəssüflər olsun ki, indiki məqamda Ermənistanla Azərbaycan arasında gərginliyin yeni mərhələsi var, son vaxtlar gərginliyin yeni yüksəlişi baş verib və bu, böyük itkilərə səbəb olub. Azərbaycanla sərhəddə erməni hərbçilər öldürülüb. Bu vəziyyəti sizinlə də müzakirə etmək istərdim”, - Paşinyan bildirib.

Entoni Blinken isə deyib: “Ermənistan ABŞ üçün çox dəyərli tərəfdaşdır və biz onun davamlı sülhə sadiqliyini yüksək qiymətləndiririk. Biz həmçinin ölkələrimiz arasında bütün istiqamətlərdə əlaqələri gücləndirə bilərik”.

Entoni Blinken ABŞ-ın danışıqlar və sülh prosesində səylərini davam etdirməyə hazır olduğunu vurğulayıb və dialoqun davam etdiriləcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, 12 fevralda Ermənistan ordusu Nerkin-Hand yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqeyindən Azərbaycan sərhədçilərini atəşə tutub. Snayperdən açılan atəş nəticəsində bir sərhədçimiz ağır yaralanıb.

13 fevralda DSX-nin keçirdiyi qisas əməliyyatı ilə atəş açılan döyüş mövqeyi darmadağın edilib, 4 erməni əsgər ölüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam