Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Rusiya Liviyaya 40 tank göndərdi , baza tikir: Məqsəd nədir?

 Türkiyə ilə Misir arasında münasibətlərin normallaşdığı bir vaxtda Rusiya da Liviyada aktivləşməyə başlayıb.

Yenixeber.org xəbər verir ki, bu barədə türkiyəli jurnalist Hüseyn Akif Küçükal öz məqaləsində bildirib.

O qeyd edib ki, Rusiyanın yaratdığı “Afrika korpusu” Haftarın nəzarətində olan Tobruqa 40 ədəd T-72 tankı göndərib:

“Rus muzdlularının bölgədə hərbi baza yaratması ilə bağlı məlumatlar yayılır. Xatırlatmaq istərdim ki, Liviyada Rusiyanın 800-1000 arası hərbçisi mövcuddur. Ruslar Mərkəzi Afrika başda olmaqla, Afrikadakı digər müttəfiqlərinə Liviyadan köməklik göstərir. Bildiyiniz kimi, Qərb Rusiyaya qarşı Ukraynanı demək olar ki, tək qoyub. Bu da Moskvaya digər strateji bölgələrdə daha rahat addım atmağa imkan verir. Rusiya Liviyanın şərq hissəsini Afrikadakı hökmranlığını genişləndirmək üçün bir pillə kimi görür. Tobruqda inşa ediləcək baza Suriyadakı Tərtus və Latakiya limanları ilə birlikdə Rusiyanın Aralıq dənizindəki varlığını gücləndirəcək bir addımdır. Onlar, şübhəsiz ki, əsrlər boyu davam edən “isti dənizlərə çıxmaq” siyasətində daimi uğur əldə etmək istəyirlər”.

Jurnalist eyni zamanda bildirib ki, Rusiyanın yeganə dərdi Aralıq dənizi deyil:

“Qlobal güc rəqabətində "Afrika rəhbəri" adını qazanmaq üçün çox səy göstərirlər. Bu baxımdan Liviya Rusiyaya Afrikanın şimalında mövcudluğunu və təsirini artırmaqda yaxşı kömək edə bilər. Bundan əlavə Kremlin Qırmızı dənizdə hərbi dəniz bazası yaratmaq üçün Sudanla danışıqlar apardığını da unutmaq olmaz”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam