Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

“Fransızlara Ukraynada döyüşməyi qadağan edə bilmərik”

 

Fransanın müdafiə naziri Sebastyan Lekornyu Ukraynada fransalı muzdluların döyüşməsi barədə məlumatı “Rusiyanın informasiya müharibəsinin” bir hissəsi adlandırıb.

Yenixeber.org xəbər verir ki, Lekornyu bu barədə “LCI” telekanalına danışıb.

O, bununla belə, Ukraynada Fransa vətəndaşlarının döyüşdüyünü etiraf edib: “Ukraynada ölkənin forması altında döyüşməyə yollanan mülki fransızlar var. Biz onlara bunu qadağan edə bilmərik, biz demokratik ölkəyik. Həmin şəxslər Fransa Silahlı Qüvvələri ilə əlaqəli deyil, Fransa hərbi formasını geyinmirlər və bizim hərbi institutlarımızla bağlı deyillər”. 

Lekornyu Fransanın Ukraynaya hərbi dəstəyini davam etdirmək niyyətində olduğunu da vurğulayıb. 

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi yanvarın 17-si Xarkovda xarici muzdlu döyüşçülərin yerləşdiyi obyektə zərbə endirildiyini açıqlayıb. Həmin muzdluların əsas hissəsini fransız döyüşçülərin təşkil etdiyi bildirilib. Nazirliyin məlumatına görə, zərbə nəticəsində 60-dan çox muzdlu ölüb, daha 20 nəfər isə xəstəxanaya yerləşdirilib. Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova fransalı səfirin nazirliyə çağırıldığını açıqlayıb. Səfir yanvarın 19-u nazirliyə gedib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam