Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Mirzoyan Xorvatiya baş naziri ilə Azərbaycanla normallaşmadan -DANIŞDI

 

Zaqrebdə rəsmi səfərdə olan Ermənistan xarici işlər naziri Ararat Mizoyan Xorvatiyanın baş naziri Andrey Plenkoviçlə görüşüb.

Yenixeber.org xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

"Həmsöhbətlər səfərin Ermənistan və Xorvatiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf etdiyini qeyd edərək, son dövrlərdə yüksək səviyyəli təmasların ikitərəfli əməkdaşlığa yeni təkan verdiyini vurğulayıblar", - məlumatda deyilir.

"Ermənistanın xarici işlər naziri və Xorvatiyanın baş naziri iki ölkə arasında əməkdaşlıq gündəliyinin daha da zənginləşdirilməsi, ikitərəfli siyasi dialoqun dərinləşdirilməsi, ticarət-iqtisadi əlaqələrin inkişafı və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar", - deyə qeyd olunub.

Ararat Mirzoyan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və Cənubi Qafqazda sülhün bərqərar olması prosesinə məlum prinsiplər əsasında Ermənistan tərəfinin yanaşmalarını Xorvatiyanın Baş nazirinə təqdim edib.

Ermənistan Respublikası hökuməti tərəfindən hazırlanmış “Sülhün kəsişməsi” layihəsi və onun siyasi və iqtisadi komponentləri də müzakirə olunub.

Görüşün sonunda Mirzoyan qonaqların xatirə kitabına qeydlər edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam