Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Varşavada azərbaycanlılar etiraza qalxdı -- FOTOLAR

 

Polşanın paytaxtı Varşavada yerləşən “Politika” media şirkətinin ofisi qarşısında Azərbaycan icmasının dinc aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Yenixeber.org-a bildirilib ki, Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə baş tutan icazəli aksiya “Politika” jurnalının müxbiri Konstanti Gebertin II Qarabağ müharibəsi və Azərbaycanın tarixi Qələbəsi ilə bağlı təxribat və böhtan xarakterli məqalələrinin dərc olunmasına etiraz məqsədilə gerçəkləşdirilib.

Aksiyada çıxış edən diaspor fəalları Şamo Qubadov və Tuncay Novruzzadə “Politika” jurnalında erməni diasporunun təsiri altında saxta xəbərlərin yayılmasını sərt şəkildə pisləyiblər. Bu nəşrin əməkdaşlarını faktları dəqiq yoxlamağa, Azərbaycan həqiqətlərini dürüst işıqlandırmağa, jurnalistikanın obyektivlik, tərəfsizlik və qərəzsizlik kimi prinsiplərinə əməl etməyə çağırıblar.

“Erməni diasporu medianı manipulyasiya edir”, “Qərəz yox, güzəşt yox, yalnız faktlar vacibdir!”, “Medianın ikili standartları bütün çılpaqlığı ilə”, “Azərbaycana qarşı feyk xəbəri dayandırın!”, “Azərbaycanlı uşaqlar öldürüləndə media harada idi?” və başqa şüarların əks olunduğu plakatlar nümayiş etdirilib.

Sonra Polşa Azərbaycanlıları Şurasının İdarə Heyətinin üzvü Şamo Qubadov jurnalın baş redaktoruna çatdırılması üçün soydaşlarımızın etiraz bəyanatını “Politika” media şirkətinin ofisinə təqdim edib.

Aksiyanın təhlükəsizliyi yerli polis tərəfindən təmin olunub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam