Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Maduro mübahisəli ərazini 24-cü ştat kimi tanıdı

 

Venesuela Prezidenti Nikolas Maduro Qayana Kooperativ Respublikası ilə mübahisəli olan ərazilərdə ölkəsinin tarixi hüquqlarını təsdiqləyib.

Yenixeber.org xəbər verir ki, bu barədə Maduro çıxşında bildirib.

Maduro bildirib ki, mübahisəli Qayana-Essekibo bölgəsinin ölkənin 24-cü ştatı olaraq təsdiq edilməsini nəzərdə tutan qanun layihəsinə parlamentdə baxılması üçün sənəd imzalayıb:

“Öz qanunvericilik planına Qayana-Essekibo Qanununu nəhayət təsdiqləmək qərarını daxil etdiyi üçün Venesuela Milli Assambleyasını alqışlayıram və mən çox məmnunam”.

Maduro Qayana hökumətini tənqid edib və bildirib ki, özlərini qrinqoların (ABŞ nəzərdə tutulur – red.) idarəçiliyi altındakı Britaniya müstəmləkəsi kimi aparırlar:

“Venesuela haqqında, Amerikanın böyük xilaskarlarını verən insanlar haqqında yanılmayın. Bolivar xalqı Amerikada tarix yazan mübariz xalqdır. Biz özümüzə aid olanı necə qoruyacağımızı bilirik”.

Qeyd edək ki, Venesuela ilə Qayana arasında Essekibo çayının qərbindəki Qayana-Essekibo adlanan ərazinin mülkiyyəti ilə bağlı mübahisə 100 ildən artıqdır ki, davam edir. Münaqişə 2015-ci ildə 10 milyard barrellik neft yataqların aşkarlanması və Qayananın “ExxonMobil”ə sərhədləri müəyyən edilməmiş ərazidə neft konsessiyası verməsi səbəbindən kəskinləşib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam