Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Məşhur nəşrdən iddia : “ABŞ-də prezidentliyə namizədlərdən biri Trampın xeyrinə geri çəkilə bilər”

 

ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Vivek Ramasvami seçki yarışından çıxa bilər.

Yenixeber.org: Bu barədə “Newsweek” nəşrində yazı dərc olunub.

Yazıda bildirilir ki, buna səbəb Donald Trampın Ağ Evə qayıtması halında Ramasvaminin vitse-prezident olmaq şansını artırmaqdır.

Həmçinin qeyd olunur ki, Ramasvaminin planları ilə bağlı söz-söhbətlər, seçkiqabağı kampaniyanın Ayova ştatında keçiriləcək seçkidən və Nyu-Hempşirdə praymerizlərdən bir neçə həftə əvvəl televiziya reklamı üçün maliyyəni dayandırdığını elan etməsi fonunda yayılıb. Lakin şübhələr daha bundan əvvəl də mövcud olub.

Dövlət başçısı vəzifəsinə namizədin özü isə deyib ki, Tramp qalib gələrsə, vitse-prezident postu uğrunda mübarizə aparmaq niyyətində deyil. Onun sözlərinə görə, televiziyada reklam sadəcə olaraq sərfəli deyil, ona görə də maliyyəni başqa formatlara yatırmaq lazımdır.

Ramasvami də Respublikaçılar partiyasından olan digər namizədlər kimi, populyarlıq baxımından Trampdan xeyli geri qalır, lakin öz kampaniyası çərçivəsində mütəmadi olaraq rəqibini tərifləyir. Hadisələrin bu cür inkişafı amerikalılarda o fikri yaradır ki, əslində Ramasvami onun haqqında müsbət fikirlər səsləndirən Trampın komandasına qoşulmaqda maraqlıdır.

Bununla bağlı Trampın tənqidçisi və “MAGA Uncovered, Track & Report” “YouTube” şousunda aparıcı Ron Filipkovski də fikrini bildirib.

“Onun bütün kampaniyası əməliyyatdan ibarət idi. O, debatlarda Trampın etibarlı adamı olub.

İndi isə o, mübarizədən əl çəkməzdən əvvəl reklam çarxlarını yığışdırır və Trampı dəstəkləyir, Nazirlər Kabinetində vəzifəyə iddia edir”, - deyə Ron Filipkovski qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam