Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Rusiyada qadın mer saxlanıldı: Bir neçə nəfərin ölümündə ittiham edilir

 

Rusiyanın Kurqan şəhərinin meri Yelena Sitnikova təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Artıq onun kabinetində axtarışlar aparılıb.

Sitnikovanın saxlanılması 2023-cü ilin yazında meşə yanğınları zamanı bir neçə vətəndaşın həlak olması ilə əlaqələndirilir. Hesab edilir ki, vətəndaşların təhlükəsizliyi və yanğınların nəticələrinin aradan qaldırılması ilə bağlı işlər lazımi səviyyədə təşkil olunmayıb. Ümumilikdə, tüğyan edən təbii fəlakət nəticəsində bölgədə 20-yə yaxın insan həyatını itirib.

Bundan əlavə, şəhər sakinlərinin də Sitnikovadan şikayətləri var. Belə ki, bir neçə ay əvvəl sakinlər İstintaq Komitəsinə müraciət edərək II Çasovaya küçəsindəki filialın təmiri ilə bağlı vədləri yerinə yetirmədiyinə görə məmurun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş ediblər. Hazırda bu şikayətlərə baxılır.(TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam