Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Kanadanın İrəvandakı səfiri Azərbaycanla bağlı sanksiyalara qarşı -ÇIXDI

 

Kanadanın Ermənistana yeni təyin olunmuş səfiri Endryu Törner ölkəsinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməsini istəməyib.

Yenixeber.org-un məlumatına görə, səfir bu istəyini Kanada parlamentinin üzvü Hayder Makfersonun Azərbaycana qarşı mümkün sanksiyalarla bağlı sualını cavablandırarkən dilə gətirib.

Səfir qeyd edib ki, hazırda Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə edilməsi səylərinə zərbə vurma təhlükəsi var.

“İndi sanksiyaların tətbiqi davam edən sülh səylərinə zərbə vura bilər. Biz heç kimin sanksiya yoluna getdiyini görməsək də, məsələn, Fransadan hərbi dəstəyin mümkünlüyü barədə bəyanatlara şahid oldu. Bu isə Azərbaycanı sülh prosesinə töhfə verə biləcək beynəlxalq görüş və müzakirələrdən imtinaya məcbur etdi”, - Endryu Törner deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam