Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Kabildə partlayış olub-6 nəfər ölüb

Kabildə partlayış:    6 nəfər ölüb
Kabildə partlayış baş verib. Bu barədə Emergency beynəlxalq tibb təşkilatı "Twitter"də məlumat yayıb.
Yenixeber.org: TOLOnews telekanalının Kabil polis idarəsinin sözçüsü Xalid Zadrana istinadən verdiyi məlumata görə, azı 6 nəfər həlak olub. Onun sözlərinə görə, daha bir neçə nəfər, o cümlədən Taliban hərəkatının üç tərəfdarı yaralanıb.
Zadran qurbanların dəqiq sayını açıqlamayıb. Onun iddiasına görə, insident Kabilin mərkəzindəki Malik Əsgər meydanında baş verib. Partlayıcı qurğu kamikadze tərəfindən işə salınıb. O, yerli təhlükəsizlik qüvvələrinin üzvləri tərəfindən məhv edilib.
Taliban hərəkatı tərəfindən təyin edilmiş yerli administrasiyanın nümayəndələri hələlik Kabildə partlayışla bağlı məlumatı şərh etməyiblər.
Bundan əvvəl Emergency beynəlxalq tibb təşkilatı "Twitter"də Əfqanıstan Xarici İşlər Nazirliyinin Kabildəki binası yaxınlığında baş vermiş partlayış nəticəsində azı 2 nəfərin öldüyünü, biri uşaq olmaqla 12 nəfərin yaralandığını bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam