Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Xaricdən gətirilən ərzaq məhsullarının nə qədər bahalandığı açıqlandı –Qiymətlər


Bu ilin yanvar-may aylarında xarici ölkələrdən Azərbaycana 875 milyon 67,1 min dollar dəyərində yeyinti məhsulları gətirilib. 
Yenixeber.org: Ötən ilin eyni dövrü ilə müqayisdə idxal olunan yeyinti məhsulları dəyər ifadəsində 16% artıb.
İlin ilk 5 ayında ən çox buğda və meyvə-tərəvəz idxal olunub.
Belə ki, bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 124 milyon dollar dəyərində 355,6 min ton buğda, 119,4 milyon dollar dəyərində 209,7 min ton meyvə-tərəvəz gətirilib.
Nəticədə idxal olunan buğdanın 1 kiloqramının gömrük dəyəri 35 sent (59 qəpik), meyvə-tərəvəzin 1 kiloqramının gömrük dəyəri isə 57 sent (97 qəpik) olub. Ötən ilin eyni dövrü ilə müqayisədə həm buğdanın, həm də meyvə tərəvəzin gömrük dəyəri artıb.
Son 2 ilin yanvar-may aylarında idxal olunan yeyinti məhsullarının gömrük dəyəri aşağıdakı kimi olub:

  2021
Yanvar-May
2022
Yanvar-May
Buğda (1 kq) 43 qəpik 59 qəpik
Meyvə-tərəvəz (1 kq) 91 qəpik 97 qəpik
Ət (1 kq) 3 manat 3 manat
Süd və qaymaq (1 kq) 2,5 manat 2,5 manat
Kərə yağı ( 1 kq) 8,3 manat 9,4 manat
Çay (1 kq) 6,8 manat 8,4 manat
Düyü (1 kq) 1,25 manat 1,4 manat
Bitki yağı (1 kq) 1,3 manat 2,8 manat

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam