Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycana gətirilən avtomobillərin sayı və qiyməti bilindi -RƏSMİ


Bu ilin yanvar-fevral  aylarında Azərbaycana xaricdən 9 min 437 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. 
Yenixeber.org: Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ölkəyə gətirilən avtomobilləri ümumi gömrük dəyəri 100 milyon 112,59 min dollar olub. Nəticədə ölkəyə idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 10 min 608 dollar (18 min 34 manat) olub.
Yanvar-fevral ayları ərzində Azərbaycana 8 min 614 ədəd minik avtomobilləri, 38 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 765 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 15 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.
Bundan başqa xaricdən 1 042 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hibrid), 10 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri gətirilib. 
Hibrid avtomobillərin 1 ədədinin orta gömrük dəyəri 5 min 39 dollar (8 min 566 manat) olub. Yalnız elektrik mühərriklə hərəkətə gətirilən 1 ədəd nəqliyyat vasitəsinin orta gömrük dəyəri isə 47 min 461 dollar (80 min 684 manat) olub. 
Məlumat üçün bildirək ki, ötən ilin yanvar-fevral aylarında Azərbaycana yalnız elektrik mühərriklə hərəkətə gətirilən 9 ədəd nəqliyyat vasitələri gətirilib. 1 ədəd nəqliyyat vasitəsinin orta gömrük dəyəri isə 10 min 42 dollar (17 min 72 manat) olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam