Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Şahbaz Şərif Baş nazir kimi ilk çıxışını edib:Türkiyə ilə bağlı mövqeyini AÇIQLADI

       Bu gün Pakistanın 23-cü Baş naziri seçilən Şahbaz Şərif bu vəzifədə ilk çıxışını edib.

Yenixeber.org: O, parlamentdə çıxışı zamanı ölkənin xarici siyasi əlaqələrindən danışıb.

Şahbaz Şərif İmran Xan hökumətinin xarici siyasətini tənqid edib, Pakistanın strateji tərəfdaşları və dostlarının Kəşmir məsələsində səssiz qaldığını xatırladıb.

Çinin yaxşı və pis gündə Pakistanın ortağı olduğunu ifadə edən Şərif Pekinlə yaxşı münasibətlərin olmasının vacibliyinə diqqət çəkib. O, əvvəlki hökumətin Çin və Pakistan dostluğunu zəiflətməyə çalışdığını qeyd edib.

Şərif Səudiyyə Ərəbistanı, Türkiyə, Avropa Birliyi ölkələri, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və İranla yaxşı münasibətlərin olmasının vacibliyini vurğulayıb və ABŞ ilə əlaqələrin bərabər əsasda gücləndirilməsinin önəmindən danışıb.

“Türkiyə ilə Pakistanın ayrılmaz əlaqələri var”, – deyə Şərif Ankaranın hər zaman İslamabadın yanında olduğunu qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam