Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Volodimir Zelenski:"Rusiya aclıqdan silah kimi istifadə edir"

 

“Rusiya aclıqdan silah kimi istifadə edir”.

Yenixeber.org: Bunu Ukrayna Prezidenti Volodimir Zelenski İrlandiya parlamentində çıxışı zamanı bildirib.

“Rusiya bütün dəniz limanlarımızı və ixracat üçün kənd təsərrüfatı məhsulları yüklənmiş gəmilərimizlə birlikdə mühasirədə saxlayır. Onlar bunu niyə edir? Çünki onlar aclığa adi insanlara qarşı tətbiq edilən silah kimi baxırlar. Üstünlüyünü göstərmək üçün alət olaraq ondan istifadə edirlər”, - dövlət başçısı vurğulayıb.

O qeyd edib ki, Ukrayna dünyanın ərzaq bazarının aparıcı dövlətlərindəndir: “İxracatımız olmazsa, Afrika və Asiyanın onlarla ölkəsi aclıq təhlükəsi ilə üz-üzə qalacaq. Ərzaq məhsullarının fiziki olaraq çatışmazlığı səbəbindən qiymətlər çox bahalaşır”.

V.Zelenski əlavə edib ki, Afrikanın şimalındakı və Asiyanın bir hissəsində milyonlarla insan öz ailəsini yeməklə təmin etməkdə çətinliklə üzləşir.

Qeyd edək ki, İrlandiya Ukraynanın Avropa İttifaqına üzv qəbul edilməsinin dəstəkləyib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam