Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Volodimir Zelenski:"Nüvə obyektlərimiz təhlükə altındadır"

 

“Ukraynada 15 nüvə bloku var. Bu gün onların hər biri təhlükə altındadır”.

Yenixeber.org: Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiya parlamentində çıxışı zamanı deyib.

“Çernobılda baş verənləri hər kəs xatırlayır. Rus terrorçuları silah gücünə oranı ələ keçiriblər. Rusiya Çernobıl AES-i müharibə obyektinə çevirib. Qarşı tərəf müdafiə qüvvələrimizə qarşı yeni hücumlar hazırlamaq məqsədilə Çernobıl AES-dən istifadə edir”, - dövlət başçısı vurğulayıb.

O bildirib ki, dünya ölkələri Rusiyanın nüvə silahından istifadə edəcəyi halda hansı addımlar atacaqları barədə indidən düşünməlidirlər.

V.Zelenski, həmçinin göstərilən dəstəyə görə Yaponiya hökumətinə təşəkkür edib: “Bizi bir-birimizdən 8 193 kilometr məsafə ayırsa da, azadlıq arzularımız arasında heç bir məsafə yoxdur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam