Redaktor seçimi
Milyardlıq nəhəngin rəsmi hesabatı: "ASELSAN Bakü" regional layihələrdə niyə ön plana çıxa bilmir? -
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Günün xəbəri

№1 Çörək Zavodunun şirniyyatlarını kif basıb - İstifadə müddətinə aldanmayın-FOTOLAR

Satışda olan №1 Çörək Zavoduna məxsus Maffin şirniyyatlarını kif basıb.

Yenixeberorg.com bildirir ki, məhsulun üzərində son istifadə tarixinin bitməsinə hələ vaxt qalsa da, şirniyyatlar istifadəyə yararsız vəziyyətə düşüb.


Alıcının bildirdiyinə görə, məhsul istehsal tarixindən cəmi 5 gün sonra kiflənib. Bu isə şirniyyatın hazırlanması zamanı istifadə olunan xammalın keyfiyyəti və saxlanma şəraiti ilə bağlı ciddi suallar yaradır.

Məsələ ilə bağlı məhsulun satışını həyata keçirən "Oba" marketdən bildirilib ki, məhsulun üzərində göstərilən istifadə müddəti keçməyibsə, məsuliyyət birbaşa istehsalçının üzərinə düşür.

Qeyd olunur ki, əgər məhsulun son istifadə tarixi keçməyibsə və buna baxmayaraq kiflənibsə, bu artıq istehsal prosesində və ya qablaşdırmada problem olduğunu göstərir.


İstehsal tarixindən qısa müddət sonra məhsulun kiflənməsi normal hal sayıla bilməz və bu, istehsalda köhnə və ya keyfiyyətsiz məhsullardan istifadə ehtimalını artırır. Məsələ ilə bağlı №1 Çörək Zavodunun mövqeyini dərc etməyə hazırıq.

№1 Çörək Zavodu Xəzri TN MMC-yə məxsusdur. MMC-nin direktoru İlkin Şabanovdur.

Bizimesr.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam