Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

ABŞ Ukraynaya belə təhlükəsizlik təminatları təklif edir...

ABŞ Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik təminatları təklif edib
ABŞ administrasiyası ötən həftə Ukraynaya təhlükəsizlik təminatları ilə bağlı yeni çərçivə sazişi təqdim edib.

Yenixeber.org: Bu barədə “RBC-Ukraina” öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, sənəd NATO-nun 5-ci maddəsinin prinsipləri əsasında hazırlanıb və üç əsas müddəanı əhatə edir.

Sazişə əsasən, Rusiya tərəfindən Ukraynaya yenidən silahlı hücum olacağı təqdirdə ABŞ prezidenti ölkənin müdafiəsi üçün silahlı qüvvələrdən, kəşfiyyat və logistik dəstəkdən, eləcə də iqtisadi və diplomatik tədbirlərdən istifadə etmək səlahiyyəti əldə edir.

Sənəd həmçinin NATO üzvlərini, eləcə də Fransa, Britaniya, Almaniya, Polşa və Finlandiyanı ABŞ-la koordinasiyalı şəkildə hərəkət etməyə öhdələndirir.

Çərçivə sazişi 10 il müddətinə nəzərdə tutulub və gələcəkdə uzadıla bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam