Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

Rusiyada növbəti terror aktı ola bilər -İŞİD hədələdi

“Crocus City Hall”a edilən hücuma görə məsuliyyəti üzərinə götürən İŞİD Rusiyanı növbəti terror aktı ilə hədələyib.

Yenixeber.org: Məlumata görə, bu barədə terror təşkilatının qolu olan “Vilayəti Xorasan”ın Tacikistandakı təbliğat şəbəkəsi - “Əl Azaim”də bildirilib.

Kanalda Rusiya Prezidenti Vladimir Putinə qarşı təhdidlərin yer aldığı plakat yayılıb.

Mətndə qeyd olunur ki, terror təşkilatının üzvlərinin işgəncə ilə dindirilməsinə etiraz olaraq onlar Rusiyada növbəti terror aktı təşkil edəcəklər.

Yeri gəlmişkən, Fransa Prezidenti Emmanuel Makron da “Vilayəti Xorasan”ın Fransada terror aktları törətmək üçün bir neçə cəhd etdiyini bildirib.

“Son aylarda məhz bu qrup ərazimizə bir neçə dəfə terror cəhdi edib”, - deyə o vurğulayıb.

Fransa prezidenti bu cəhdlərin nə vaxt, necə edildiyini, onların sayını və s. təfərrüatı açıqlamayıb.

Makron, həmçinin, bildirib ki, o, Rusiyaya terrorizmlə mübarizədə geniş əməkdaşlıq təklif edib. Rusiya prezidenti ilə birbaşa danışıb-danışmayacağı ilə bağlı sualı cavablandıran Makron təmasların ilk növbədə texniki şəkildə və nazirlər səviyyəsində aparılacağını deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam