Crocus City Hall-da terror aktını törədən şəxs hücumdan bir müddət əvvəl oradakı tamaşaya qatılıb.
Yenixeber.org: Bu barədə məlumatı “112” Telegram kanalı yayıb.
Terror aktından əvvəl onu törədənlərin bir neçə dəfə əyləncə mərkəzinə baş çəkdiyi vurğulanır.
"Ora getmək terror aktının təşkili ilə bağlı idi - plana, mühafizə postlarının yerləşdiyi yerə baxmaq və qaçış yollarını hesablamaq", - nəşr yazır.
Bundan əvvəl “Krokus”un mühafizəçisi belə bir fikir bildirib ki, terrorçular zalda ən çox insanın nə vaxt olacağını əvvəlcədən biliblər.










AZ
RU
