Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Bu dövlət bütün artilleriyasını Ukraynaya verdi

Bu ölkə bütün artilleriyasını Ukraynaya verdi
Danimarka silahlı qüvvələri artıq bütün artilleriyasını Ukraynaya təhvil verib, indi Avropa ölkələri anbarlarda saxlanılan sursatları Kiyevə göndərməlidir.

Yenixeber.org: Məlumata görə, bunu Danimarkanın baş naziri Mette Frederiksen Münhen Təhlükəsizlik Konfransında debat zamanı deyib.

“Danimarka tərəfində biz bütün artilleriyamızı təhvil vermişik, lakin hələ də Avropada anbarlarda döyüş sursatları var. Söhbət təkcə istehsaldan getmir, çünki bizim silahlarımız, sursatlarımız, hava hücumundan müdafiə vasitələrimiz var, buna ehtiyacımız belə yoxdur. Hazırda biz onu Ukraynaya çatdırmalıyıq”, - hökumət başçısı bildirib.

Frederiksen hesab edir ki, Avropa Ukraynaya kömək etmək üçün daha çox iş görməlidir; münaqişənin başlanmasının ikinci ildönümü Qərbdən Kiyevə böyük silah ianələri ilə qeyd olunmalıdır.

“Söhbət döyüş sursatı, artilleriya, uzaqmənzilli raketlər, dronlar və daha çox şeylərdən gedir. Vurğulamaq istəyirəm ki, Ukrayna üçün əlavə sözlər deyil, yeni tədarüklər, yeni ianələr, hərbi texnika olmalıdır. Sözlər bu vəziyyəti həll etməyəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam