Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

NATO savaşa hazırlaşır?

NATO öz tarixinin ən böyük "Sabit müdafiəçi 2024" (Steadfast Defender 2024) təlimini keçirməyi planlaşdırır və bu təlim III Dünya müharibəsinin başlanğıcını imitasiya edir.

Yenixeber.org: Məlumata görə, təlimlərin ssenarisinə əsasən, Rusiya ilə böyük oxşarlıqlara malik olan “Okkasus” adlı şərti düşmən ittifaqa üzv ölkəyə hücum edir. Bundan sonra kollektiv müdafiə maddəsi qüvvəyə minir.

Nəşrin məlumatına görə, bütün NATO ölkələri təlimlərdə iştirak etmək üçün öz hərbçilərini göndərəcək. Hətta bloka qoşulma prosedurunu hələ başa çatdırmamış İsveç də təlimə qatılacaq.

Təlimlər Almaniya, Polşa və Baltikyanı ölkələrdə, eləcə də Şimal dənizində baş tutacaq.

Eyni zamanda, ispan jurnalistlər "bu, adi məşqlərdən daha çox ola bilər" fərziyyəsini irəli sürürlər.

Qeyd edək ki, təlim gələn həftə başlayacaq.(ABC)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam