Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

HƏMAS və SEPAH üzvlərinə sanksiyalar tətbiq edildi

 ABŞ oktyabrın 7-də fələstinli yaraqlıların İsrailə hücumu ilə əlaqədar HƏMAS-ın və SEPAH-ın üzvlərinə qarşı yeni sanksiyalar tətbiq edib.

Yenixeber.org: Bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.

“Xarici Aktivlərə Nəzarət İdarəsi bu gün HƏMAS-la əlaqəli əsas rəsmilərə və maliyyə şəbəkələrinə qarşı sanksiyaların ikinci mərhələsini həyata keçirib”, - məlumatda deyilir.

Bu addımın oktyabrın 7-də İsrailə qarşı hücumlardan sonra atıldığı vurğulanır:

“Məhdudiyyətlərə İrandakı HƏMAS nümayəndəsi, SEPAH-ın bəzi üzvləri, eləcə də Qəzza zolağında İranın qeyri-qanuni vəsaitlərinin HƏMAS və “İslami Cihad” qruplaşmasına ötürülməsi üçün kanal rolunu oynadığı iddia edilən təşkilat daxildir”.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam