Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

İrəvan Moskvadan 400 milyon dollar tələb edir? -TƏFƏRRÜAT

 Ermənistan Müdafiə Nazirliyi hələ 2021-ci ildə ölkənin hərbi sənaye şirkətləri ilə bağlanmış milyonlarla dollar dəyərində silah tədarükü müqaviləsini birtərəfli qaydada ləğv etmək və yerinə yetirilməməsinə görə cərimə ödəmək tələbi ilə Rusiyaya rəsmi müraciət etməyib.

Yenixeber.org: Bu barədə erməni mətbuatı məlumat yayıb.

Bildirilib ki, bir müddət öncə Ermənistan hökumətinin silah tədarükü üçün ödənilən 400 milyon dollara yaxın məbləğin qaytarılması tələbi ilə Rusiyaya etdiyi rəsmi müraciətin rədd edilməsilə bağlı erməni Teleqram kanallarında məlumat yayılıb.

Erməni mətbuatı yazır ki, Ermənistan Müdafiə Nazirliyinin baş katibi Hamlet Batikyan “Dövlət sirri təşkil edən məlumatların siyahısının təsdiq edilməsi haqqında” qanunu əsas gətirərək, məsələ ilə bağlı mətbuata açıqlama verməkdən imtina edib.

Qeyd edək ki, bir müddət öncə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın Rusiyaya sifariş verdiyi və pulunu ödədiyi silahları almadığını bildirmişdi.(Axar)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam